İlahə Quliyeva

Ginekoloq · Bakı

İş təcrübəsi

2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011-ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur.

2012-ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur.

2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının əməkdaşıdır və ginekologiyanın ən müasir diaqnostika, müalicə üsulları mövzularında leksiyalar deyir. Həmçinin gənc kadrların və rezidentləri yetişdirən aktiv kuratordur.

2018-ci ildə bu günədək Baku Medikal Plaza Klinikasının Babək filialında cərrah mama ginekoloq vəzifəsində çalışır.

Təhsil

və İxtisas

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirib.

2005-2006-cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir.

2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir.

Təhsil

aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür.

2006-2007-ci illərdə Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa

2007-2008-ci illərdə Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa

2008-2009-cu illərdə Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa

2009-2010-cu illərdə Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa

Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.

İlahə Quliyeva müasir diaqnostika və müalicə üsullarından istifadə edərək xəstələrə fərdi yanaşma və keyfiyyətli tibbi xidmət təqdim edir. Baku Medical Plaza çərçivəsində beynəlxalq standartlara uyğun müalicə yanaşması ilə sağlamlığınızın qorunmasına töhfə verir.

Rəylər

Reytinq: 3.5/5 (2 rəy)

Həkim çox peşəkar və diqqətlidir. Müayinədən çox razı qaldım. Tövsiyə edirəm! — Fərhad İsmayılov
Müalicə çox uğurlu oldu. Nəticə gözləntimi aşdı. Minnətdaram! — Vüqar Şirinov