Mircəlal Kazımi

Cərrah · Bakı

İş təcrübəsi

2009-2010-cu illərdə İzmir şəhərinin “Kent” xəstəxanasında qaraciyər transplantasiyası proqramı üzrə təlim

2012 Cənubi Koreyanın Seul şəhəri transplantasiyası proqramı üzrə təlim

2012 “Asan Medical Center”-də hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlim

2008-2018 Dövlət tibb müəssisəsinin Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlamış, qısa müddət ərzində Cərrahiyyə və Orqan transplantasiyası şöbəsini yaratmışdır.

2018-ci ildən Mərkəzi Gömrük Hospitalı, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi

2024-cü ildən Mərkəzi Gömrük Hospitalı, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin transplantoloqu

Təhsil

və İxtisas

1994-2000

Azərbaycan Tibb Universiteti, Müalicə İşi fakültəsi

2000-2001

M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura

2003-2008

Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam etdirərək uzmanlıq dərəcəsini almışdır

Nailiyyətlər və Üstünlüklər

Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla həyata keçirib

Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını uğurla həyata keçirib

Azərbaycanda ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib

Milli transplantasiya komandasının formalaşdırılması

2020-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.

2020-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub.

2022 “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Bu günə qədər 1000-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən həyata keçirilib.

2025. Orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb. Belə ki, meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.

2026. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında” Sərəncama əsasən, ölkəmizdə səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və göstərdiyi xidmətlərə görə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Kazımi Mircəlal Mirkazım oğlu “Tərəqqi” medalı ilə təltif olunub.

Üzv olduğu təşkilatlar

Mircəlal Kazımi Mərkəzi Gömrük Hospitalının müasir avadanlıqla təchiz olunmuş mühitində xəstələrə keyfiyyətli diaqnostika və müalicə xidmətləri təqdim edir. Peşəkar komandamızla birgə çalışaraq sağlamlığınızın qorunmasına töhfə verir.

Rəylər

Reytinq: 5.0/5 (2 rəy)

Həssas yanaşma və yüksək peşəkarlıq. Hər mərhələdə məni məlumatlandırdı. Çox razıyam! — Səidə Əliyeva
Həkimin yanaşması çox müsbət idi. Hər detalı izah etdi, narahatlığımı aradan qaldırdı. Təşəkkürlər! — Elnur Hüseynov