Pərviz Hacıyev

Uroloq · Bakı

Haqqında

2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir.⠀

2010-cu ildə keçirilən TUS (tıpta uzmanlık sınavı – tibdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan Ankara Universiteti Urologiya Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlamışdır.⠀

2015-ci ildə rezidentura təhsilini başa vuraraq Uzman Uroloq ixtisasını almışdır.⠀

2015 YDUS (Yan Dal Uzmanlık) imtahanında Türkiyə üzrə 2-ci yeri əldə etmiş və Ankara Universitetində Uşaq Urologiyası üzrə yandal təhsilinə başlamışdır.⠀

2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını almışdır.⠀

2014-cü ildə Avropa Uroloqlar Cəmiyyətinin (EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində Uşaq Urologiyasi üzrə elmi-praktiki təcrübə keçmişdir.⠀

2013 və 2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmalar üzrə 2 dəfə üst-üstə birinci yerə layiq görülmüşdür.⠀

2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək FEAPU (Avropa Uşaq Uroloqu) titulunu almışdır.⠀

2020-2022 tarixlərində M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında baş həkim olaraq işləmişdir.⠀

2022-ci ildən Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU)

Təhsil

Komitəsinin üzvüdür.⠀

2022-2023 tarixlərində Chicago Universitetində Amerika Birləşmiş Ştatlarının təqaüdü ilə fellowship keçmişdir.

O:

  • urogenital anomaliyalar;
  • kriptorxizm;
  • qasıq yırtığı;
  • hidrosele;
  • yeniyetmələrdə varikosele;
  • hipospadiya;
  • epispadiya;
  • sünnət və sünnət xətaların düzəldilməsi;
  • enurez, uşaqlarda gündüz və gecə sidik qaçırmaları;
  • sidik axarı reflüksü;
  • sidik axarı darlıqları;
  • hidronefroz və hidronefroza səbəb olan xəstəliklərin tibbi cərrahiyyəsi üzrə ixtisaslaşmışdır.⠀

İş saatları:

B.e — C. Saat: 09:00—17:00

Ünvanımız:

Bakı şəhəri, Badamdar qəsəbəsi,

A. Abbaszadə küç. 13a, AZ1073

Rəylər

Reytinq: 5.0/5 (2 rəy)

Yüksək səviyyəli xidmət. Klinikası təmiz və müasir avadanlıqla təchiz olunub. — Aytən Rəhimova
Həssas yanaşma və peşəkarlıq üçün çox təşəkkür edirəm. Çox yaxşı həkimdir! — Namiq Cəfərov