Ginekoloq · Bakı
2005 – 2006 –ci illərdə Mərkəzi Klinik Xəstəxanada mama-ginekoloq vəzifəsində çalışmışdır.
2007 – 2010 –ci illərdə Azər – Türk Med klinikası, Tüp Bəbək Mərkəzində mama-ginekoloq vəzifəsində çalışmıştır.
2014 –cü ildən Baku Medikal Plaza klinikasında mama-qinekoloq vəzifəsində çalışmaqdadır.
2013-cü ildən “Türk Jinekoloji Obstetrik” dərnəyinin üzvüdür.
və İxtisas
2017 -ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır.
2013-cü ildə Amerika Birləşmiş Ştatları, Klivlend Klinikasında Laparoskopiya, Robotik cərrahiyə və Urolojik Ginekologiya sahəsində təkmilləşdirmə kursu keçmişdir..
2010-cü ildə Türkiyə Cümhuriyyətin Tıpta Uzmanlık Sınavını uğurla keçib 2010-2014-cü illərdə Trakya Üniverstiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum Bölümündə uzmanlık təhsili almışdır.
2004-2005-ci illərde Ankara Numune Eğitim və Araştırma Xəstəxanasında normal və riskli hamilələklər, ginekolojik onkologiya, menapauza, sonsuzluq, ginekolojik urologiya və ultrasonografiya üzrə təhsil almışdır.
2004 –cü ildə Azərbaycan Tibb Universitetinin mamalıq – ginekologiya ixtisasından məzun olmuşdur.
Rəxşəndə Aslanova müasir diaqnostika və müalicə üsullarından istifadə edərək xəstələrə fərdi yanaşma və keyfiyyətli tibbi xidmət təqdim edir. Baku Medical Plaza çərçivəsində beynəlxalq standartlara uyğun müalicə yanaşması ilə sağlamlığınızın qorunmasına töhfə verir.