Ülviyyə Səlimova

Nevroloq · Bakı

Haqqında

Haqqında 1999- 2005-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2006-cı ildə 1 saylı Klinik Tibbi Mərkəzdə nevrologiya kafedrasında sinir-damar şöbəsində internatura kecib. 2009-2017-ci illərdə Respublika Narkoloji Dispanserde həkim nevropatoloq vəzifəsində çalışıb. 2006-cı ildə Akupunktura və Hirudoterapiya (zəli ilə müalicə) kurslarını keçərək hem də refleksoterapevt kimi fəaliyyət göstərib. 2007-ci ildən Almaniya Antihomotoksikologiya Cemiyyetinin üzvüdür. Bioloji Təbabət üzrə Almaniya, Kolumbiya, İsveçrə, Ukraynadan devet olunmuş mütəxessislərin keçdiyi "Homotoksikologiya və Antihomotoksikologiya" kurslarının iştirakçısıdır. Almaniya Akupunktura Cəmiyyetinin Prezidenti Dr.Sidharto Popatın keçdiyi nəzəri və praktik dərslərdən ibarət olan "Nevral terapiya" kurslarının iştirakçısı olub və sertifikatlara layiq görülüb. 2018-ci ildə Türkiyənin Akdeniz Universitesi Hastanesində nevroloji xestelikler üzrə ixtisasartırma kursu keçib. Hazirda Bioloji Təbabət Klinikasında nevropatoloq vəzifəsində çalışır. Bir çox nevroloji xestelikler: xroniki beyin qan dövranı pozğunluqları, müxtəlif baş ve boyun agrıları (miqren), konversiv pozulmalar ( nevrozlar), fəqərəarası diskin protruziyaları, yırtıqlarının müalicəsində uğurlu nəticələr əldə edib.

Ünvan:

Bioloji Təbabət Klinikası, Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığı Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığı Bakı

Rəylər

Reytinq: 4.7/5 (3 rəy)

Yüksək səviyyəli xidmət. Klinikası təmiz və müasir avadanlıqla təchiz olunub. — Gülşən Məmmədova
Həkimin yanaşması çox müsbət idi. Hər detalı izah etdi. Çox razıyam! — Orxan İbrahimli
Müalicə uğurlu oldu, nəticədən tam razıyam. Həkimə minnətdaram! — Aysu Əhmədova