Ürək-damar cərrahiyyəsi

Cərrah · Bakı

İş təcrübəsi

Mərkəzi Gömrük Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsində ürək-damar xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə cavab verən cərrahi üsullar ilə ən yeni yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda xaricdə təhsil almış və uzun müddətli iş təcrübəsinə malik olan yüksəkixtisaslı peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir.

Şöbədə ən yeni pediatrik invaziv kardioloji müdaxilələrlə uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsi aparılır.

Ürək-damar cərrahiyyəsi şöbəsi 24 saat təcili ürək-damar əməliyyatlarını həyata keçirmək imkanına malikdir.

Son 15 il ərzində Hospitalmızda 1500-ə yaxın ürək-damar əməliyyatı icra olunmuşdur.

Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyi ən çox rast gəlinən ürək xəstəliyidir. Ürəyi qidalandıran tac damarlardakı

daralma və tıxanmalarla özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan

xəstəliklərdən biridir. Son 25 ildə koronar ürək xəstəliklərində görülən bu sürətli artımın əsas

səbəbləri bunlardır:

Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı yeməklər yerinə bol yağlı yemək növlərinin seçilməsi)

Sürətli şəhərləşmənin və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress

Artan siqaret alışqanlığı.

Ürəyin tac damarlarındakı daralma və tıxanmalar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır.

Aorto-koronar şuntlama əməliyyatı

Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya

(aorta) və ürəyin öz damarlarındakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi

arasında damar körpüləri yaratma əməliyyatına “aorto-koronar şuntlanma əməliyyatı” adı verilir.

Bu əməliyyat adətən “açıq ürək əməliyyatının” aparılmasını tələb edir. Bu zaman ürək və

ağciyərlər tamamilə dayandırılaraq ürəyin üzərində daha rahat iş imkanı yaradılır.

Bu əsnada beyin və digər orqanların qan və oksigen ehtiyacı bədən xaricində olan süni

“ürək-ağciyər” cihazı vasitəsi ilə təmin edilir.

Qazanılmış ürək qüsurları

Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir.

Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir.

Ürək qapağı xəstəliyi

Ürək içində olan və qanın axış istiqamətini təyin edən 4 qapaq mövcuddur. Zamanla və müxtəlif

səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar nəticəsində zədələnmə)

qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir.

Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funkisyasını icra edə bilməyən

qapaqlar çıxarılır və “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji

qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan

durulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il)

ancaq qan durulducu dərman istifadəsi tələb etmir. Bu əməliyyat da şuntlama əməliyyatında

olduğu kimi açıq ürək əməliyyatı tələb edir.

Anadangəlmə ürək qüsurları

Bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır.

Bu pozğunluqlar, ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn

və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa

səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf

pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf

pozğunluqları şəklində ola bilər.

Xalq arasında "ürəyi dəlik uşaq" olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə

müxtəlif forması vardır. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox

ağır və mürəkkəb ola bilər. Bu qüsurlar da açıq ürək əməliyyatlarıyla aradan qaldırılır.

Copyright © 2018-2024 Mərkəzi Gömrük Hospitalı. Bütün hüquqlar qorunur.

Ürək-damar cərrahiyyəsi Mərkəzi Gömrük Hospitalının müasir avadanlıqla təchiz olunmuş mühitində xəstələrə keyfiyyətli diaqnostika və müalicə xidmətləri təqdim edir. Peşəkar komandamızla birgə çalışaraq sağlamlığınızın qorunmasına töhfə verir.