Dərman qrupları
Digər adları: Beta-adrenoblokator, Beta-adrenergik blokator, Beta-blocker
Beta-blokatorlar ürəyin stres hormonlarına — adrenalın və noradrenalinə — cavabını azaldaraq ürək döyüntüsünü yavaşladan və qan təzyiqini düşürən dərman qrupudur. Yüksək qan təzyiqi, stenokardiya, aritmiya, ürək çatışmazlığı, miokard infarktından sonrakı dövr kimi kardiologiya xəstəliklərindəgeniş tətbiq olunur. Metoprolol, bisoprolol, atenolol ən çox yazılan nümayəndələrdir. Bu dərmanları özbaşına kəsmək qan təzyiqinin kəskin yüksəlməsinə və ciddi ritm pozuntularına yol aça bilər. Beta-blokaatorun sizə uyğun olub-olmadığını kardioloq müəyyən etməlidir.
Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.