Cərrahiyyə
Digər adları: Fistul, Svişş, Fistula
Fistula iki orqan arasında və ya orqanla dəri səthi arasında normada olmamalı patoloji kanaldır. Ən çox düz bağırsaq ətrafında (paraproktit nəticəsində), həmçinin bağırsaqlar, sidik yolları və diş əti nahiyəsində rast gəlinir. Kanaldan irin, nəcis və ya sidik ifrazı, ətraf toxumada qızartı və təkrarlanan iltihab əsas əlamətlərdir. Fistulalar adətən öz-özünə bağlanmır və əksər hallarda cərrahi müalicə tələb edir. Belə şikayət olduqda cərraha müraciət edin.
Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.