Endokrinologiya
Digər adları: Qanda şəkərin yüksəlməsi, Hyperglycemia
Hiperqlikemiya qanda qlükoza səviyyəsinin normadan yüksək olmasıdır; acqarına 6,1 mmol/litrdən yuxarı təkrarlanan göstəricilər diqqət tələb edir. Əsas səbəbi şəkərli diabetdir, lakin stress, infeksiya və bəzi dərmanlar da şəkəri müvəqqəti qaldıra bilər. Davamlı yüksək şəkər susuzluq, tez-tez sidiyə getmə, ağızda quruluq, yorğunluq və yaraların gec sağalması ilə özünü göstərir, zamanla damarları, gözləri, böyrəkləri və sinirləri zədələyir. Belə əlamətlər varsa, qan şəkərini yoxladın və endokrinoloqa müraciət edin.
Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.