Kardiologiya
Digər adları: Ürək əzələsinin iltihabı, Myocarditis
Miokardit ürək əzələsinin — miokardın — iltihabıdır; əksər hallarda Coxsackie, influenza, COVID-19 kimi virusların törətdiyi infeksiyaların ardından inkişaf edir. Döşdə ağrı, təngnəfəslik, yorğunluq, ürəkdöyünmənin sürətlənməsi, ritm pozuntuları əsas əlamətlərdir. Ağır formalarda kəskin ürək çatışmazlığı inkişaf edə bilər; bəzi hallarda isə xroniki dilate kardiomiyopatiyaya çevrila bilər. Troponin analizinin yüksəlməsi miokard zədəlnməsinə işarə edir. Bu şikayətlər xəstəlik keçirdikdən sonra başlayarsa, kardioloqa müraciət edin.
Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.