Plevrit nədir?

Ağciyər Xəstəlikləri

Digər adları: Plevra iltihabı, Pleurisy, Pleuritis

Plevrit ağciyərləri xaricdən örtən iki təbəqəli plevra zarının iltihabidir. Bakterial və viral infeksiyalar, pnevmoniya, revmatoid artrit, qan laxtalanması bu xəstəliyin başlıca səbəbləri sırasındadır. Nəfəs alarkən güclənən iti sinə ağrısı, bəzən quru öskürək və hərarət müşahidə olunur; ağır hallarda iki plevra qatı arasında maye toplanır (plevral effuziya). Sinə ağrısı yaşayırsınızsa pulmonoloqa və ya terapevtə müraciət edin.

Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.

Əlaqəli terminlər

Faydalı keçidlər