Cərrahiyyə Prosedurları
Digər adları: Stent yerləşdirilməsi, Stenting, Koronar stentləmə
Stentləmə — daralmiş və ya tıxanmış damarı açıq saxlamaq məqsədilə kiçik metal tor borucuğun (stentin) müvafiq damara yerləşdirildiyi minimal invaziv müdaxilədir. Ən çox koronar arteriyalarda (ürəyin öz damarlarında) tətbiq olunsada, böyrək, beyin, qol-ayaq damarlarında da istifadə edilir. Dərman örtüklü stentlər (DES) damarın yenidən daralmasının qarşısını almaqda daha effektiv sayılır. Müalicə planı kardioloq və ya ürək-damar cərrahı tərəfindən müəyyən edilir.
Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.