Laborator analizlər
Digər adları: TORCH infeksiyaları, TORCH paneli
TORCH analizi hamiləlik dövründə dölə keçərək inkişaf qüsurları törədə bilən infeksiyalara qarşı anticismləri yoxlayan qan müayinəsidir. Ad ingiliscə qısaltmadan yaranıb: toksoplazmoz, digərləri (məsələn, sifilis), məxmərək, sitomeqalovirus və herpes. Analiz IgG və IgM anticisimlərini ölçməklə qadının bu infeksiyaları keçirib-keçirmədiyini və hazırda aktiv infeksiyanın olub-olmadığını göstərir. Hamiləlik planlaşdırılarkən və ya ilkin müayinələr zamanı təyin edilir; nəticələrin şərhi üçün ginekoloqa müraciət edin.
Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.