Xolesterin nədir?

Laborator diaqnostika

Digər adları: Xolesterol, Cholesterol

Xolesterin hüceyrə membranlarının, hormonların və öd turşularının sintezi üçün zəruri olan yağabənzər maddədir; böyük hissəsi qaraciyərdə istehsal olunur. Qanda "pis" adlanan LDL xolesterinin yüksəlməsi damar divarlarında piy lövhələrinin — aterosklerozun yaranmasına səbəb olur, "yaxşı" HDL isə əksinə, damarları qoruyur. Yüksək xolesterin heç bir əlamət vermir, lakin infarkt və insult riskini ciddi artırır. Qırx yaşdan sonra, ailədə erkən ürək xəstəliyi olanlarda isə daha tez, lipid profilini yoxladıb nəticəni kardioloqla müzakirə edin.

Bu lüğət yalnız məlumat xarakteri daşıyır və tibbi məsləhət, diaqnoz və ya müalicə deyil. Sağlamlığınızla bağlı qərar verməzdən əvvəl həkimə müraciət edin. Təcili hallarda 103-ə zəng edin.

Əlaqəli terminlər

Faydalı keçidlər